NARKOTİKƏ YOX DEYƏK!!!
Məktəbimiz narkomaniya ilə mübarizəyə xüsusi diqqət yetirir. Həm məktəb, həm də yerli idarəetmə orqanları bu işi nəzarətdə saxlayır. Bu həftə məktəbimizdə “NARKOMANİYAYA YOX DEYƏK” şüarı altında tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov və Binəqədi Rayon hüquq mühafizə orqanlarının əməkdaşları iştirak etdilər. Şagirdlərə cəmiyyəti bürüyən bu bəlanın zərərlərindən danışıldı, qısa film nümayiş etdirildi.