“Valideynin məktəbdə bir günü” adlı tədbir

Bugün məktəbdə “Valideynin məktəbdə bir günü” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər, müəllimlərlə yanaşı, valideynlər də iştirak etdilər. Valideynlər məktəbin kitabxanasını, sinif otaqlarını ziyarət etdilər. İlk növbədə məktəbin kitabxanasında oldular.  Tədbir məktəbin direktoru Ziniyət xanım Tağıyevanın çıxışı ilə açıq elan olundu. Ziniyət xanım məktəb-valideyn münasibətləri barədə önəmli fikirləri tədbir iştirakçıların nəzərinə çatdırdı. Daha sonra valideynlər kitabxanada təşkil olunan məktəbin “Kiçik Akademiya”sının “Kiçik alimləri”nin təqdimatında layihəni izlədilər. Sonra valideynlər məktəbin sinif otaqlarını ziyarət etdilər. Nümunəvi “açıq dərs”lərdə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi