BİOLOGİYA FƏNNİ ÜZRƏ NÜMUNƏVİ "AÇIQ DƏRS"
Sevindirici haldır ki, məktəbdə nümunəvi "açıq dərs"lərin keçirilməsi artıq adət halını almışdır. Mütəmadi olaraq keçirilən nümunəvi "açıq dərs"lər şagirdlərin dərsə məsuliyyətinin artmasına, müəllimlərin öz peşə fəaliyyətlərində daima yeniliklərlə maraqlanmasına səbəb olur. Buna görə də, məktəbimizdə istər rəhbərlik, istərsə də pedaqoji heyət belə dərslərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu dəfə məktəbimizin biologiya müəllimi Zemfira Davudova 7-ci sinif şagirdləri ilə nümunəvi "açıq dərs" keçdi. Dərs məktəb direktoru, metodbirləşmə sədri və biologiya müəllimlərinin iştirakı ilə keçirildi. Dərs müasir təlim standartlarına tam cavab verirdi. Elektron vasitələrdən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi. Mövzunun “Həşəratların mütəlifliyi və təbiətdə rolu” olması dərsin daha rəngarəng keçməsinə səbəb oldu.