"Xonça" yarışması

    Təhsil ocağımızda "Bahar çələngi" adı altında silsilə tədbirlər davam etməkdədir. Bu günümüzü özəl və gözəl edən isə valideynlər arasında keçirilən əl işlərindən ibarət "Xonça" yarışması oldu. Yarışmaya xüsusi həvəslə qatılan valideynlər hazırladıqları xonçalarla milli dəyərlərimizə nə qədər qiymət verdiklərini,tarixi köklərimizə son dərəcə bağlı olduqlarını bir daha sübut etmiş oldular. Azərbaycan milli mətbəxinə aid şirniyyatlardan olan paxlava, qoğal, şəkərbura, badambura, səməni halvası ilə bəzənmiş çeşid-çeşid xonçaları tərif etmək üçün kəlmələr aciz qaldı. Elə bu səbəbdən də xonçaları 1,2,3 - cü yer olaraq sıralamaq qeyri-mümkün oldu. Yarışmanın sonunda tədbir təşkilatçıları və iştirakçı valideynlər rəhbərlik tərəfindən Təşəkkürnamə ilə təltif olundular.

    Zəhməti keçən hər kəsə təşəkkürümüzü bildiririk!

   

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi