Məktəb-valideyn əməkdaşlığı

    Bu gün təhsil ocağımızda ibtidai sinif müəllimi Hicranə Fərzəliyevanın rəhbərliyi ilə 2C sinfində təşkil olunmuş tədbirdə müəllim-valideyn, məktəb-valideyn əməkdaşlığının yüksək səviyyədə təşkilinin bir daha şahidi olduq. Valideynlər bütün məktəb proqramlarında olduğu kimi tədbirin də ərsəyə gəlməsində , səhnəciklərin qurulmasında, səhnə dekorlarının hazırlanmasında yaxından iştirak ediblər.

    Valideyn-məktəb arasında sıx əlaqənin qurulması daha yaxşı şagird davranışı, yüksək akademik nailiyyətlər, təkmilləşdirilmiş sosial bacarıqlar üçün vacib amildir.

    Keçirilmiş tədbirin əsas məqsədlərindən biri də qarşılıqlı effektiv kommunikasiyanın qurulması, əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi

olub.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi