"Narkomaniya ümumbəşəri bəladır" və "İnternetdən təhlükəsiz istifadə" mövzularında maarifləndirici söhbətlər

    Məktəbimizdə Xəzər RPİ-nin YYÇPİTB-nin rəisi polis mayoru Eldar Əliyev və YYÇPİTB-nin baş inspektoru polis mayoru Xəyale Həsənova 181 saylı orta məktəbin şagirdləri ilə "Narkomaniya ümumbəşəri bəladır" və "İnternetdən təhlükəsiz istifadə" mövzularında maarifləndirici söhbətlər aparıblar. Onlar sərhəd tanımayan, qlobal xarakter daşıyan, beynəlxalq səviyyəli problemə çevrilən narkomaniyanın zərərlərindən və acınacaqlı nəticələrindən ətraflı danışıblar. "Ağ ölüm" kimi tanınan bu bəla ilə mübarizənin kampaniya xarakterli deyil, davamlı siyasət olduğunu vurğulayıblar.Uşaqların internet təhlükəsizliyi mövzusunda valideynləri daha diqqətli olmağa səsləyiblər. İnternetin müasir çağda ən sürətli informasiya mənbəyi olmağına baxmayaraq zərərlərinin də olduğu diqqətə çatdırılıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi