Direktoryanı şuranın növbəti iclası
08.10.2024- cü il tarixində məktəbdə direktoryanı şuranın növbəti iclası keçirildi.İclasda yeni 2024-2025 -ci tədris ilinə hazırlıqla bağlı məktəbin direktoryani şura üzvləri arasında iş bölgüsünün aparılması ,hər bir korpusunda növbətçi müəllimlərin təyin olunması ,metodbirləşmə sədrləri ilə işin gücləndirilməsi ,dərsdinləmələrin artırılması,şagirdlərin nizam - intizam qaydalarına tabe olunması və vahid məktəbli formasının geyinilməsinə nəzarətin gücləndirilməsi və qarşıda duran digər məsələlər müzakirə olundu.