IV siniflər üzrə təşkil olunmuş monitorinqlə bağlı psixoloji hazırlıq
ETİ-nin müvafiq əmrinə əsasən şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə IV siniflər üzrə təşkil olunmuş monitorinqlə bağlı 14.05.2024- cü il tarixində məktəbin psixoloqu Kazımova Gülnarənin rəhbərliyi ilə şagirdlərlə görüş keçirildi.Görüşün əsas məqsədi şagirdlərə imtahan öncəsi psixoloji dəstək göstərmək,onlarda yarana biləcək narahatlıq, həyacanın qarşısını almaq öhdəsindən gəlmək texnikaları haqqında informasiya vermək olmuşdur. Zəruri məlumatlar verildikdən sonra şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.