OnlyOneEarth foto müsabiqəsində sertifikat alan şagirdimizMəktəbimizin 8 "D" sinif şagirdi Tamara Axund Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən EU4CLİMATE regional layihəsi çərçivəsində 2022-ci il Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil edilən #OnlyOneEarth foto müsabiqəsi çərçivəsində sertifikatla təltif olunmuşdur.
Şagirdimizi təbrik edirik,uğurlarının davamlı olmağını arzulayırıq!
Bilik yarışında fərqlənən şagirdimizUlu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Nərimanov rayon məktəbliləri arasında bilik yarışında fərqlənən şagirdimiz Hüseyn Babayev
Fəxri fərmanla təltif olunan şagirdlərÜmummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə "Heydər Əliyev Müasir Azərbaycan Dövlətinin Qurucusudur" mövzusunda inşa-yazı müsabiqəsində fərqləndiyinə görə məktəbin Azərbaycan dili-ədəbiyyat fənn müəllimi Nazilə Əliyevanın şagirləri Aylin Abbasova və Cavad Məhərrəmzadə fəxri fərmanla təltif olunmuşlar.
Təbrik edirik!