HAQQIMIZDA

       Bakı şəhəri 177 nömrəli tam orta məktəb 1933-cü ildə tikilib. Məktəb 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “İlin ən yaxşı məktəbi” adına layiq görülüb. Məktəb 850 şagird üçün nəzərdə tutulub. 2006-cı ildə məktəbyanı boş sahədə 180 şagird yerli əlavə tədris korpusu inşa edilib. 2012-ci ildə məktəb dövlət tərəfindən əsaslı təmir olunub. 2023-2024-cü tədris ilində şagird sayı artaraq məktəbdə 1533 şagird 51 sinifdə komplekləşib. Məktəbdə 3 məktəbəqədər hazırlıq qrupu və 2 günüuzadılmış qrup fəaliyyət göstərir. Məktəb 3 növbəli, 5 günlük iş həftəsi ilə işləyir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin təlim tərbiyəsi ilə 93 pedaqoji işçi məşğul olur. Pedaqoji kollektivin 92 faizi təhsilli müəllimlərdən ibarətdir. Onlardan "Əməkdar müəllim",  "Qabaqcıl təhsil işçisi" adına, “Tərəqqi medalı”na layiq görülmüş müəllimlərimiz var. Məktəb "Pətək İB" nin "Sağlam qida -Sağlam nəsil" layihəsi, “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl şəbəkəsi” layihələrinə qoşulub. Məktəb “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl şəbəkəsi” müsabiqəsinin ən fəal məktəbi seçilib, diplomla təltif olunub. Şagirdlərdə liderlik və yaradıcı təfəkkürü inkişaf etdirən “Kiçik Akademiya” fəaliyyət göstərir. “Sabahın alimləri" VI və VII Respublika Müsabiqəsində iştirak edən şagirdlərimiz II yeri tutaraq gümüş medala, "Sabahın alimləri" VIII Respublika Müsabiqəsində məktəbin 10 "A" sinif şagirdi Nurullayeva Selcan Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Məmmədzadə Vaqif ilə birgə I yeri tutaraq qızıl medala, 

2020-ci il 11-13 fevral tarixlərində Bakı şəhərində "Sabahın alimləri” IX Respublika Müsabiqəsində məktəbimizin şagirdləri Qalib Qasımov və Cəmil Xəlilov "Tibb və sağlamlıq" üzrə 3-cü yer, Selcan Nurullayeva və Tuba Əliyeva "Biologiya" üzrə 3-cü yer, Leyla Məmmədzadə "Riyaziyyat" üzrə 2-ci yerə layiq görülüblər.

Məktəbin zəngin kitabxanası mövcuddur. Şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə kitabxananın illik iş planına uyğun olaraq mütəmadi şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar, kütləvi kitabxanalara ekskursiyalar təşkil edilir. Məktəbin əsas məqsəd və vəzifələri ibtidai təhsil pilləsindən başlayaraq şagirdlərin keyfiyyətli təhsil almalarını təmin etməkdir. Məktəbdə şagirdlərə əsaslı bilik verməklə yanaşı onların yüksək mənəviyyatlı və milli – mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına da xüsusi diqqət yetirilir. Məktəbdə şagirdlərin elmi dünyagörüşünün formalaşması, onların bilik və bacarıqlarının möhkəmlənməsi məqsədi ilə əyləncəli fənn gecələri, viktorinalar, diskusiya klubları və s. bu kimi tədbirlər təşkil edilir. Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbdə həmçinin 6 ,7 , 8 , 9 -cu siniflərdə STEAM dərsləri də tədris olunur. Eyni zamanda 2023-2024- cü tədris ilindən Rəqəmsal bacarıqlar layihəsinə qoşulmuşdur. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi