Ümumdünya Əməyin Mühafizəsi Günü

Həmkərlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş görüş keçirildi. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə keçirilən görüşdə əmək hüquqları, təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması, rəqəmsallaşmanın iş həyatına təsiri kimi aktual mövzularda müzakirələr aparıldı.