“Bilik Günü”

16 sentyabr 2024-cü il tarixində “Bilik günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Məktəbin direktoru Sevinc Tahirova çıxış edərək şagirdləri, valideynləri və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı. Birinci sinif şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şeirlər söylənildi. Çıxış edənlər Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazilə Rəhimova, İbtidai sinif müəllimi Şəmsiyyə Babaşova, valideyn Şahin Hüseynov şagirdlərə öz qiymətli tövsiyyələrini verdilər. 11-ci sinif şagirdləri birincilər üçün məktəbin ilk zəngini səsləndirdi. II-XI siniflərində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olundu. Məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" haqqında uşaqları marifləndirmək və "Yaşıl gələcəyin" fərd olaraq hər kəsin qarşısında olan öhdəliyinin önəmini öyrətmək idi. Dərslərdə şagirdlərə "Ətrafımızı qoruyaq", "Yaşıl sabahlara doğru", "Həmrəy olaq", "Dünyamızı gözəlləşdirək" mövzularda təqdimatlar nümayiş olundu, güşələr yaradıldı, müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi