“Son zəng”

İyunun 14-də məzunlar üçün “Son zəng” tədbiri keçirildi.Tədbirdə Yasamal Rayon icra hakimiyyətinin nümayəndəsi, məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər və məzunlar iştirak etdilər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəqlik sükutla yad edildi. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər, “Məktəbli Dostu” layihəsinin əməkdaşları rəhbərlik tərəfindən Fəxri fərmanlarla təltif olundu. Tədbirdə 11ci sinif şagirdləri mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirdi. Sonda son zəng səsləndi. Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi