İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri”

“18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində məktəbdə bir sıra tədbirlər keçiridi. Belə ki, siniflərdə “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri”, "Hüquqlarımızı bilək”, “İnsan hüquqları: bərabərlik, hörmət, ədalət, azadlıq...” mövzularında siniflərdə şagirdlərlə söhbətlər aparıldı. Söhbətlər zamanı şagirdlərə ölkəmizdə insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, bu sahədə əldə edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, tolerantlıq, multikulturalizm, islam həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasından və Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından danışıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı. VII-VIII sinif şagirdlərinin arasında "Hüquqlarımızı bilək” mövzusunda rəsm və inşa yazı müsabiqələri keçirildi. “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

#İnsanHüquqlarıAylığı

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi