"Mən və mənim hüquqlarım"adlı dəyirmi masa

“Uşaq hüquqları” aylığı ilə bağlı “Kiçik Akademiya”nın rəhbəri Jalə Səmədovanın təşkilatçılığı ilə "Mən və mənim hüquqlarım"adlı dəyirmi masa keçirildi. Dəyirmi masada çıxış edən məktəbin psixoloqu Lamiyə Hüseynova şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verdi. Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi, çəkdikləri rəsmlər nümayiş olundu, şeirlər söylənildi. Sonda şagirdlər onlara Uşaq Konvensiyasından, hüquq və vəzifələrindən verilən sualları cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi