"Tullantıdan sənətə" muzeyinə ekskursiya təşkil olundu.

13 dekabr 2023-cü ildə 9c sinif rəhbəri Əfşan İbrahimova tərəfindən 9c sinif şagirdləri üçün Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyinə ekskursiya təşkil olundu. Şagirdlər muzeydəki qeyri-adi ekspozisiyalarla tanış olublar. Onlara əsərlər haqqında geniş məlumat verildi.

Qeyd edək ki, "Tullantıdan sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər” ASC tərəfindən yaradılıb. Burada nümayiş edilən əsərləri insanların lazımsız hesab etdiyi tullantılardan hazırlanıb. Muzeydə 30 ölkədən 80-dək incəsənət adamının sənət əsərləri nümayiş olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi