15 Sentyabr Bilik Günü."Salam Məktəb "adlı tədbir keçirildi .

Bu gün 15 sentyabr Bilik Günündə "Salam Məktəb" adlı tədbir keçirildi.

Tədbirimiz Azərbaycan Respublikasının Dövlət Himnni səslənməsi ilə başlanıldı.

Məktəbimizin direktoru Vəfa Bağırovaya söz verildi. Vəfa Bağırova çıxış edərək bildirdi ki: "Məktəb olaraq,ən böyük məqsədimiz şagirdləri bilikli və bacarıqlı,nümunəvi davranışlara malik, möhkəm dostluqlar quran ,böyüklərinə hörmətlə davranan, insan kimi yetişdirməkdir" O , şagirdləri əsl dost ,mənəviyyatı zəngin, əsl vətənpərvər,layiqli vətəndaş olmağa çağırdı və məktəbimizin şagirdlərinə yeni tədris ilində uğurlar arzu etdi.

Vəfa Bağırova Ümumilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafı ilə bağlı əldə etdiyi nailliyyətlərdən danışdı.

Həmçinin o, Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları başqa sahələrdə olduğu kimi təhsilin inkişafı ilə bağlı etdiyi işlərdən danışdı.

Direktorun çıxışından sonra məktəbimizin qonağı Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadəyə söz verildi,o öz çıxışında şagirdlərə Suraxanı Rayon İcra Başçısı Əziz Əzizovun təbriklərini çatdırdı.Onlara yeni dərs ilində uğurlar arzu etdi.

Tədbirdə məktəbimizin birinci sinif şagirdləri hazırladıqları şeirləri söylədilər,rəqs nümayiş etdirdilər , 7 ci və 5 a sinif şagirdləri mahnılar oxudular.XI sinif şagirdimiz Ayşən Veysova xüsusi olaraq hazırladığı nitqi söylədi.

 2023-2024-cü cü tədris ili ilk zəng ilə başladı.

 

 YENİ TƏDRİS İLİMİZ MÜBARƏK !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi