"20 oktyabr Zəngilanın azad olunması "mövzusunda açıq dərs

Bu gün 20 oktyabr 2022-ci ildə S.S.Axundov adına 172 saylı tam orta məktəbin konfrans otağında lX a və IX b siniflərinin Zəfər tarixindən "20 oktyabr Zəngilanın azad olunması" mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə direktor müavini Vüsalə Kazımova, UBTR Aysel Abbasova və tarix müəllimi Sədəf Əbilova iştirak edirdi. İlk olaraq Sədəf müəllim Zəngilanın tarixindən, mədəniyyətindən, Zəngilanın 1993-cü il 29 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, 44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan,  Zəngilan rayonunun düşmən tapdağından azad edilməsindən, bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətindən, bu tarixdə Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, II Qarabağ müharibəsinin gedişində isə Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmasından bir daha şagirdlərimizə geniş məlumat verildi. Dərsin sonunda Zəngilanın tarixindən bəhs edən video təqdimata baxıldı. Şagirdlər verilən sualları cavablandırdı. 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi