"Dəyirmi masa"

15 aprel tarixində məktəbin tarix müəllimi Mədinə Zeynalovanın təşkilatçılığı ilə "Zirvələrə yüksələn zərif insan ömru" başlığı altında dəyirmi masa təşkil olunaraq , Azərbaycanın görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü yad edilmişdi. Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri barəsində məktəbimizin tarix müəllimi Zeynalova Mədinə ətraflı məlumat verərək qeyd etmişdiki, O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr vermişdiMəktəbimizin 7ç sinif şagirdlərinə Zərifə Əliyevanın həyatı və onun tibb sahəsindəki uğurlarına dair maraqlı video çarx izlədilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi