"Ədəbiyyatın əbədiyaşarlıq zirvəsi" adlı kitab sərgisi

9 aprel tarixində məktəbin kitabxanasında dahi azərbaycan şairi Məhəmməd Fizulinin 530 illiyinə həsr edilmiş "Ədəbiyyatın əbədiyaşarlıq zirvəsi" adlı kitab sərgisi keçirildi. Sərgidə dahi şairin əsərlərindən ibarət kitablar və şəkillər nümayiş etdirildi. Kitabxana müdiri Cəfərova Zərifə şagirdlərə şairin həyatı haqqında ətraflı məlumat verdi. Kitabxanaçı Cəbrayılova Solmaz Orta əsrlərdə Azərbaycan dilində yüksələn şerin ən uca zirvəsi olan Fizuli yaradıcılığı haqqında danışaraq bildirdi ki, son dərəcədə zəngin və rəngarəng irsə malik olan dahi sənətkar ana dili ilə yanaşı , ərəb və fars dillərindədə bədii nəsrin gözəl nümunələrini yaratmışdır. Sərgini keçirməkdə məqsəd şagirdlərdə dahi şəxsiyyətlərə hörmət hissini aşlamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi