"Sən azadsan, Xocalım" adlı tədbir

26 fevral tarixində "Sən azadsan, Xocalım" adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məktənin direktoru Ülviyyə Aslanova, tarix müəllimləri Aludə Məmmədova, Mədinə Zeynalova, kitabxana müdiri Zərifə Cəfərova, şagirdlər və fənn müəllimləri iştirak etdilər. Məktəbin direktoru Ülviyyə Aslanova çıxış edərək Xocalı faciəsinin törədilməsi, buraxdığı unudulmaz izlər, azad olunması haqqında məlumat verdi.

Tarix müəllimi Mədinə Zeynalova çıxış edərək xalqımıza qarşı əsrlər boyu törədilmiş soyqırımlar barədə ətraflı məlumat verdi.

Aludə Məmmədova şagirdlərlə Xocalının keçmişi və bu günü barədə diskussiya keçirdi. Şagirdlərin hazırladıqları səhnəciklər, videotəqdimatlar nümayiş edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi