"Mənim Qorqud dilim, Ələsgər dilim" adlı ədəbi-bədii tədbir

21 Fevral tarixində məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş "Mənim Qorqud dilim, Ələsgər dilim" adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Ülviyyə Aslanova, direktor müavini Əntiqə Daşdəmirova, müəllim kollektivi və şagird heyəti iştirak etdi. Tədbiri giriş sözlə açan məktəbin direktoru Ülviyyə Aslanova açdı. Tədbirdə həmçinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Lamiyə Vəliyeva da çıxış edərək dilimizin ədəbi-bədii imkanlarından, zəngin fonetik, leksik, qrammatik normaya malik olduğundan, Ana dilimizdə yaranan əvəzolunmaz nəzm nümunələrindən danışdı. Məktəbin tarix müəllimi Alüdə Məmmədova da dilimizin siyasi statusundan geniş məlumat verdi. Daha sonra məktəblilərin ifasında zəngin bədii hissə təqdim olundu. Şagirdlər şeirlər, kompozisiyalar, səhnəciklər, rəqs və musiqilər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi