"İşğaldan azad olunmuş ərazilərin flora və faunası" mövzusunda təqdimat

15 fevral  tarixində məktəbdə oktyabr ayından elan olunmuş "İşğaldan azad olunmuş ərazilərin flora və faunası" mövzusunda hazırlanmış ən yaxşı təqdimat müsabiqəsinin üçüncü , yəni yekun turu keçirildi. Məktəbin biologiya müəllimlərinin Şəhla Abdullayeva, Səbirə Şükürova, Əntiqə Daşdəmirovanın təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun mərhələsində şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirildi. Bir-birindən gözəl və zəngin məlumatlarla dolu olan təqdimatlarda işğaldan əvvəl, işğal dövründə və işğaldan azad olduqdan sonra həmin ərazilərin flora və faunasını əks etdirən məlumatlar dinlənildi. Hazırlanan təqdimatlar arasından Qasımova Təhminə Qarabağ atları haqda hazırladığı təqdimat ən yüksək bal toplayaraq 1 ci yerə layiq görüldü. 2- ci yeri birincidən çox az fərqlə geridə qalan Ramazanova Şövkət və Abuzərova Balaxanım, 3 cü yerə isə Muradlı Sevil layiq görüldü. Hər 3 yeri qazanan şagirdlər diplom və hədiyyələrlə təltif olundu. Digər iştirakçılara da fəal iştiraka görə diplom verildi. Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi