"Pedoqoji şura"

31 yanvar tarixində məktəbdə Pedoqoji Şuranın növbəti iclası keçirildi. İclasda I-XI sinifləri üzrə valideyn komitələrinin rəhbəri də iştirak edirdilər. Fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi barədə məlumati tapşırıqlar verildi və əməl olunmasının ciddiliyinin vacibliyini vurğuladı.

2023-2024-cü tədris ilinin I yarımilində məktəbdaxili qiymətləndirmənin aparılmasının nəticələri ( bsq və yarımillik qiymətlərinin təhlili) haqqında məlumatı direktor müavini Aynur Musayeva kollektivə çatdırdı.

2023-2024 –cü tədris ilinin I yarimilinin yekunları (görülən işlər), şagirdlərin dərsə davamiyyəti, risk qrupuna daxil olan şagirdlər və məktəbin illik fəaliyyət planına uyğun olaraq görülmüş işlər haqqında uşaqlarla məktəbdənkənar və sinifdənxaric iş üzrə təşkilatçısı Əntiqə Daşdəmirova  çıxış etdi. II yarımildə qarşıda duran vəzifələr kollektivin nəzərinə çatdırıldı.

2023-2024 –cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan 4, 6 ,7 və 8-ci siniflərdə Azərbaycan dili fənləri üzrə monitorinqinin nəticələri Aynur Musayeva tərəfindən təhlil edilərək kollektivin nəzərinə çatdırıldı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi