Məktəb kitabxanasında bir gün

02 aprel tarixində “Məktəbə ekskursiya” çərçivəsində 2 “E” sinif şagirdləri  sinif rəhbəri Baxşəliyeva Aynur ilə məktəb kitabxanasına səyahət etdilər. Burada onları məktəb kitabxanasının müdiri Sevil Qurbanova   gülərüzlə qarşıladı. Kiçikyaşlı məktəblilər kitabxana ilə tanış oldular, oxu və qiraət zalını gəzdilər. Kitabların çoxluğu, orada olan səliqə - səhman, müxtəlif rəsmlər uşaqların diqqət və marağını özünə cəlb etdi. Rəflərdə  yerləşən kitablara baxdılar. Kitabxanaçı şagirdlərə kitab aləmindən maraqlı məlumatlar verdi. Gələcəkdə şagirdlərin məktəb kitabxanasından necə səmərəli istifadə edə biləcəkləri haqda söhbət açdı. Kiçikyaşlı məktəblilər öz yaş səviyyəsinə uyğun olaraq kitablar seçdilər. Bu işdə onlara sevimli müəllimləri və kitabxanaçı yardım etdi.  Məktəb kitabxanasında keçirdikləri bir neçə saatdan  məktəblilər çox razı qaldılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi