,,AİLƏM VƏ MƏKTƏBİM”LAYİHƏSİ VƏ ,,İDMANSEVƏRLƏR” LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ ,,VOLEYBOL” İDMAN YARIŞI IX,X VƏ XI SİNİF VALİDEYNLƏRİNİN İŞTİRAKI İLƏ TƏŞKİL EDİLDİ

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 13.03.2023-cü il 3-29-59/3-2-170F №li ,,İdmansevərlər”layihəsi və 18.04.2023-cü il 3-29-59/3-2-170F №li ,,Ailəm və məktəbim” layihəsi məktubuna əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması,idman və bədən tərbiyəsinin inkişafı,bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır.Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji,psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.Beləki, 26 dekabrda məktəbin IX,X və XI sinif şagirdlərinin ( rus və az.bölməsi) valideynlərindən təşkil olunmuş komandaları arasında,,Voleybol”idman yarışı keçirildi. İdman müəllimləri Vasif Əkbərov və Gülər Vahidova tərəfindən təşkil edilən bu yaış, şagirdlər və valideynlər tərəfindən çox həvəslə qarşılandı.Gərgin idman şəraitində keçirilən bu yarışda yekun nəticədə rus bölməsinin sinif komandası qalib gəldi və bütün iştirakçılar diplomlarla təltif edildilər.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi