,,ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ”NƏ HƏSR KONFRANS KEÇİRİLDİ

   Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.Beləki, 15 dekabrda Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu,görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans 17 nömrəli tam orta məktəbdə 8,,Ə”və 9,,D” sinif şagirdlərinin iştirakı və tarix müəllimi Leyla Qəribovanın təşkilatçılığı ilə təşkil edildi.Tədbirdə Tİ üzrə direktor müavini Tahir Həmzəyev,ədəbiyyat müəllimləri Şölə Qurbanova və Aynurə Məmmədova iştirak edirdilər.Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verildi və videoçarx nümayiş etdirildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi