Məktəbdə “Yay məktəbi” başladı

16 iyunda 17 nömrəli tam orta məktəbdə “Yay məktəbi” fəaliyyətə başladı. Təşkil olunan yay məktəbində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) qeyd edilən tarixə qədər ərizə ilə məktəb rəhbərliyinə müraciət ediblər.

“Yay məktəbi” ndə bütün I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər.

I-IV siniflərdən 94 nəfər şagird həftədə tədris 5 dəfə gündəlik 4 saat olmaqla, V-VI siniflərdən isə 20 nəfər şagird həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunmuşdur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-VI siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və məktəb rəhbərliyinin qərarı ilə digər 3 fənn coğrafiya, həyat bilgisi və Azərbaycan tarixi əlavə edilmişdir. VII-X sinif şagirdləri “Yay məktəbi” ndə iştirak etmirlər.

Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilmişdir. “Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM