Məktəbin şagirdi VI Respublika fənn müsabiqəsində II yerə layiq görülüb

    VI Respublika fənn olimpiadasının final mərhələsi ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında fənnlərin təbliği, həmçinin şagirdlərin biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir. Məktəbin 6a sinif şagirdi Seyidov Yusif Anar oğlu final mərhələsinin nəticələrinə əsasən “İnformatika” fənni üzrə II yerə layiq görülüb. Məktəb müdiriyyəti Yusifi təbrik edir və ona gələcək uğurlar arzulayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi