28.05.2021

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə rus imperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və respublika süqut etdi. Respublika Günü 1991-cı ildən - dövlət müstəqilliyinin bərpasından sonra - dövlət bayramı kimi qeyd olunur.

HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəb 1979 - cu ildən fəaliyyət göstərir. Açıldığı ilk 10 il ərzində sırf rus bölməsi kimi fəaliyyətə başlayan məktəbdə 1990 - cı ildən Azərbaycan bölməsi də fəaliyyət göstərməyə b...

BİZİM FƏXRLƏRİMİZ

Nihad Məmmədov Vasif

Abbasova Fidan Vasif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM