"Narkomaniya-əsrin bəlası'' mövzusunda tədbir keçırıldi.

"Narkomaniya-əsrin bəlası'' mövzusunda tədbir keçırıldi.
Noyabrın 29-da məktəbin fəaliyyət planına uygun olaraq IX, X və XI sinif şagirdlərinin iştirakı ilə ,,Narkomaniya-əsrin bəlası'' mövzusunda tədbir keçirildi.
Tədbirdə Sabunçu rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin rəisi , polis polkovniki Eldar İlyasov, Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov , BŞTİ-nin nümayəndəsi Vahid Qurbanov , Bakı şəhər Narkoloji Dispanserinin həkim narkoloqu Pərvin Abbasova , məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdilər.
Tədbiri məktəbin direktoru Pərvanə Əzimova giriş sözü ilə açaraq tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı. Çıxış edən polis əməkdaşları ,,ag ölüm'' adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan qorunmagın yolları və s. barədə ətraflı məlumat verib, dövlətimizin hər bir vətəndaşa olan qaygısından, gələcəyimiz olan gənclərin sağlam böyüsinin vacibliyindən danışdılar. Mövzu ətrafında müzakirələr aparıldı, şagirdlərin sualları cavablandırıldı, vidyo-çarxlar nümayiş olundu.
Tədbirin sonunda məktəbin direktoru maarifləndirici tədbirdə iştirak edən polis əməkdaşlarına təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi