HAQQIMIZDA

169 nömrəli tam orta məktəb 1936-cı ildə uyğunlaşdırılmış bir əsas bina ilə məktəb kimi fəaliyyətə başlamışdır. 1941-1945-ci Böyük Vətən müharibəsi illərində məktəbin binasında hərbi hospital fəaliyyət göstərmişdir. Hal-hazırda məktəb üç tədris korpusu ilə fəaliyyətdədir (II tədris korpusu - 2008, III tədris korpusu - 2012-ci ildə istifadəyə verilmişdir). 169 nömrəli tam orta məktəb 1994-cü ildə Qarabağın Füzuli və Ağdərə istiqamətində gedən döyüşlərində qəhrəmancasına həlak olmuş məzunumuz Nəsimi Məcid oğlu Rzayevin adını daşıyır. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. 1 şagirdin təlim-tərbiyəsi ilə 106 müəllim məşğul olur. Onlardan 102 nəfər - ali, 1 nəfər - elmlər namizədi, 2 nəfər - orta-ixtisas, 1 nəfər hərbi rəhbər isə Ali Hərbi məktəb bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli Sərəncamı ilə məktəbimiz 2009/2010-cu tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbimizin məzunları yüksək balla Respublikanın və xarici dövlətlərin ali məktəblərinə qəbul olunurlar. 2011/2012-ci ildə "İlin ən yaxşı müəllimi"  müsabiqəsinin qalibi, Kəbirli Kamila Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmışdır. 2016/2017-ci tədris ilində məzunlarımızdan üç nəfəri 600-dən yüksək bal toplamışdır.Onlardan iki nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 2016/2017-ci tədris ilində məktəbimizin şagirdləri Respublika və rayon miqyaslı müxtəlif idman yarışlarında mükafata layiq yerlər tutmuşdurlar.

2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhəri məktəbliləri arasında keçirilən fənn müsabiqəsində məktəbin VII sinif şagirdi Mahmudov Timur Muradoviç fizika fənnindən 1-ci yerə layiq görülmüşdür. 2017/2018-ci tədris ilində məktəbimizin məzunları arasında 700 bal toplayan Aşırov Aslan, 695 bal toplayan Fətəliyev Ağamirzə və iki nəfər məzunumuz 600-dən yüksək bal toplamışdır.Sabunçu rayon İcra hakimiyyəti tərəfindən məktəbimizin direktoru fəxri fərmanla təltif olunmuşdur.

2017/2018-ci tədris ilində məktəbimzin şagirdləri Respublika və rayon miqyaslı müxtəlif idman yarışlarında müxtəlif mükafata layiq yerlər tutmuşdular.

2019-ci tədris ilində UNİCEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən Su, Sanitariya , Gigyenik təhsilin yaxşılaşdırılması lahiyəsində iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.

2019-2020-ci tədris ilində 3 sinif üzrə 79 şagird məzun olmuşdur. 6 şagirdimizə Fərqlənmə attestatı verilmişdir.

2019-2020 -ci tədris ilində 500-600bal toplayaraq yüksək nəticə göstərmiş 13 şagirdimiz, 600-dən yuxarı bal toplayan 7 şagirdimiz müxtəlif ali təhsil müəssilərinin tələbəsi olmuşdur. Ümumi orta təhsil şagirdlərimizə 4 Fərqlənmə attestatı verilmişdir

2020-2021-ci tədris ilində 3 sinif üzrə 76 şagird məzun olmuşdur. Məktəb üzrə 21 şagird 500-600 bal toplayaraq yüksək nəticə göstərmişdir. 2 şagirdimiz Fərqlənmə attestatına layiq görülmüşdür. Ümumi orta təhsil üzrə isə 5 şagirdimiz Fərqlənmə attestatına layiq görülmüşdür.

2022/2023-cü tədris ilində 5 sinif üzrə 102 məzun məktəbi bitirmişdir. Onlardan 2 nəfər 600-dən yüksək bal toplamışdır. Məktəbin XI sinif şagirdi Quliyeva Ləman Sənan qızı 693 bal toplayaraq ölkə üzrə qəbul imtahanlarında cari il üçün ən yüksək nəticəni göstərmişdir.

2023-cü ildə 169 nömrəli tam orta məktəb "Debat klublarının yaradılması ilə təhsilalanların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" qrant layihəsi  ümumtəhsil məktəbləri istiqaməti üzrə VII Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqəsinin qalibi olmuşdur

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi