assembly

Pedaqoji şuranın iclası keçirildi.


30.01.2023

Pedaqoji şuranın iclası keçirildi.

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq yanvarın 30-da 2022/2023-cü tədris ilinin növbəti pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin, qərara alınmışdır ki, növbəti günlərdə metodbirləşmə iclasları keçirilsin və ayrı-ayrılıqda təşkil olunacaq metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur. İclasın sonunda bir qrup müəllim gənc nəslin təlim-tərbiyə olunması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə "Fəxri Fərman"la təltif olunmuş və Pedaqoji şuranın qərarı ilə Təşəkkür elan olunmuşdur.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/169/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

8 Mart
Beynəlxalq Qadınlar Günü

20 Mart — 24 Mart
Novruz bayramı

20 Aprel — 21 Aprel
Ramazan bayramı

9 May
Faşizm üzərində Qələbə Günü

28 May
Müstəqillik Günü

15 İyun
Milli Qurtuluş Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi