"Ana dili" AYLIĞI İLƏ ƏLAQƏDAR QARŞILIQLI DƏRS DİNLƏMƏLƏR DAVAM EDİR

"Ana dili" AYLIĞI İLƏ ƏLAQƏDAR QARŞILIQLI DƏRS DİNLƏMƏLƏR DAVAM EDİR

 

Məktəbimizdə fənn müəllimlərinin qarşılıqlı dərs dinləməsi davam edir. Bu dəfə növbəti dərs dinləmə 3 ç sinfinin ibtidai sinif müəlliməsi Dinara Şaydulinaın təqdimatında keçirilən dərsdə baş tutub. Müəllimin “Açıq dərs”ində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini  və digər  müəllimlər də iştirak edirdi. Qarşılıqlı dərs dinləmələr əsasən gənc müəllimlərin dərsində təcrübəli müəllimlərin və əksinə, təcrübəli müəllimlərin dərslərində gənc müəllimlərin iştirakı ilə baş tutur. Dərslərdə motivasiyanın yaradılması, şagirdlərin dərsliklərlə işi, sinfin idarə olunması və sinifdə işgüzar dərs mühitinin yaradılması meyarlarına fikir verilir. Dinara müəllimənin müasir təlimin qaydalarına əsaslanmış dərsində də şagirdlər dərsin gedişatını maraqla izləyir və verilən tapşırıqlar üzərində maraqla çalışırdılar. Qarşılıqlı dərs dinləmələrin keçirilməsi gənc müəllimlərə kömək etmək, qabaqcıl müəllimlərin təcrübəsini yaymaq və təlim keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır. Sonda metodbirləşmə rəhbərlərinin iştirakı ilə dərs dinləmənin nəticəsi müzakirə olunmuş və dərslərin müasir təlimin tələbləri səviyyəsində qurulmasında rolu barədə fikirlər söylənildi.

ОтветитьПереслать

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi