Nümunəvi dərslərin keçrilməsi davam edir

Nümunəvi dərslərin keçrilməsi davam edir.
Məktəbin fəaliyyət planına uyğun olaraq azərbaycan dili və ədəbiyyat aylıgı çərçivəsində noyabrın 27-də Növrəstə Səfərova 6,,a" sinfində Xəlil Rza Ulutürkün ,, Gerbimiz-qəlbimiz'' mövzusunda nümunəvi dərs tədris etdi. Azərbaycan-Dövlət Himninin səsləndirilməsindən sonra mövzuya keçid alındı.Dərsin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizə hörmət hissinin və dövlət atributlarının böyüməkdə olan nəslimizin arasında təbliği olmuşdur.Özünütəsdiq simvolu olan bayrağımız və gerbimiz bütün dünyada qürur və güvənc mənbəyi sayəldığı, həm də dövlətin və xalqın kimliyinin, apardıgı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən dəqiq meyar oldugu qeyd olundu.
Daha sonra şagirdlər vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləyib, səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi