,,Ölkəmizi tanıyaq'' tur aksiyası keçirildi.

,,Ölkəmizi tanıyaq'' tur aksiyası keçirildi.
Sabunçu rayonu Bakı Gənclər Mərkəzində ,, Ölkəmizi Tanıyaq'' 12-ci tur-aksiya çərçivəsində Sabunçu rayon məktəblilərinin Gəncə, Göygöl və Şəmkir rayonlarına təntənəli yolasalma mərasimi keçirildi.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, millət vəkilləri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, müəllimlər, səhiyyə, mədəniyyət və sosial xidmət müəssisələrinin rəhbərləri və valideynlər iştirak etdilər.
,,Ölkəmizi Tanıyaq'' tur aksiyasında məktəbimizi 10 ,,b'' sinif şagirdi Cəlilov Həsən təmsil edir. Cəlilov Həsən məktəbin ən nümunəvi şagirdlərindən biridir. Həsən əlaçı şagird kimi məktəbin ictimai işlərində hər zaman fəal iştirak edir. Məktəb rəhbərliyi tərəfindən dəfələrlə ,,Fəxri Fərmanla'' təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi