Açıq dərs

Məktəbimizdə fənn müəllimlərinin qarşılıqlı dərs dinləməsi davam edir. Bu dəfə növbəti dərs dinləmə 3 c sinifi Inqa Smotrova , 4 ç sinifi Məmişova Tatyana təqdimatında keçirilən dərsdə baş tutub. Müəllimlərin “Açıq dərs”ində təlim tərbiyə işləri üzrə direktor müavini Əmirov Fərman iştirak edirdi. Dərslərdə motivasiyanın yaradılması, şagirdlərin dərsliklərlə işi, sinfin idarə olunması və sinifdə işgüzar dərs mühitinin yaradılması meyarlarına fikir verilir. Müəllimlərin müasir təlimin qaydalarına əsaslanmış dərslərində də şagirdlər dərsin gedişatını maraqla izləyir və verilən tapşırıqlar üzərində maraqla çalışırdılar. Qarşılıqlı dərs dinləmələrin keçirilməsi qabaqcıl müəllimlərin təcrübəsini yaymaq və təlim keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi