Ibtidai sinifdə ,,Üç oglan'' mövzusunda nümunəvi  dərs keçrildi.

Ibtidai sinifdə ,,Üç oglan'' mövzusunda nümunəvi  dərs keçrildi.

Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərin müxtəlif fənlər üzrə bilik,bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıgının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Noyabr ayı məktəbdə ana dili aylıgı elan olunmuşdur.

Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, dəyirmi masaların keçirilməsi, tədbirlərin hazırlanması, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması nəzərdə tutulmuşdur.

3 c sinfində  Ramilə Ismayılovanın təşkilatçılıgı ilə ,,Üç oglan''  mövzusunda nümunəvi dərs keçrildi.

Nümunəvi dərsdə  təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak etdilər.

Dərsin keçrilməsində məqsəd şagirdlərə yalan və dogrunun nə oldugunu anlatmaq, onlara yalançı insanların sonda başlarına gələnləri başa salmaqdan ibarət oldu.Müəllim dərs zamanı gündəlik həyatımızdan sadə misallar çəkərək şagirdlərə yalanın necə pis bir şey oldugunu başa saldı.Mövzu ilə əlaqəli olaraq şagirdlər yalana aid atalar sözləri səsləndirdilər.Verilən tapşırıqlar icra olundu, nəticələr müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi