02.04.2019-cu il tarixdən-05.04.2019-cu il tarixədək "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" devizi altında tədbirlər keçirildi

02.04.2019-cu il tarixdən-05.04.2019-cu il tarixədək "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" devizi altında tədbirlər keçirildi.(01-05.04.2016-ci il tarixində Aprel döyüşündə fəal iştirak etmiş və düşməndən azd etdiyi posa adı verilmiş ("Eldəniz postu") , hal hazırda Müdafiə Nazirliyində xidmətini davam etdirən Eldəniz Sadıqovla görüş, dəyirmi masa, əl işləri, video roliklər, maarifləndirici mülahizələr)
Azərbaycan Ordusu aprel döyüşlərində əsl qəhrəmanlıq nümayiş etdirdi, gücünü düşmənə göstərdi. Düşmən işğal etdiyi ərazilərimizdə müdafiə sistemi qurmuş, mövqeləri möhkəmləndirmişdi. Torpaqlarımız işğal olunduğuna görə biz öz mövqelərimizdə həmin müdafiə sistemini tam qurmadıq. Çünki biz öz torpaqlarımızı geri qaytarmaq üçün daim hazır vəziyyətdə əmr gözləyirik. Prezident, Ali Baş Komandan dəfələrlə bəyan etdiyi kimi, biz torpaqları sülh yolu ilə geri qaytarmaq istəyirik. Lakin düşmən bizim bu istəyimizi başa düşmək, öz çirkin əməllərindən geri çəkilmək istəmir. Bu baxımdan aprel döyüşlərindən düşmənə lazımi dərs verildi.
Bu fikriləri Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadıqov məktəbin şagirdləri ilə görüş zamanı bildirib.
E.Sadıqov qeyd edib ki, ötən ilin aprelində əldə etdiyimiz məlumata görə düşmən Tap Qaraqoyunlu istiqamətində təxribat yaratmaq, oradakı mülki şəxsləri yaşadıqları yerdən çıxarmaq, məhv etmək istəyirdi. Lakin biz düşmənin kəşfiyyat-diversiya qrupunun qarşısını aldıq və ermənilərin neçə illərdir qurduğu müdafiə sistemini bir gündə yardıq. Düşmən elə bilirdi ki, onların tikanlı məftilləri keçilməzdir. Ermənilər elə zənn edirdilər ki, Azərbaycan Ordusunun döyüş ruhu zəifdir. Lakin biz böyük əzmlə döyüşə atıldıq və düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv edərək, onları səngərləri qoyub qaçmağa məcbur etdik. Ermənilər Goranboy istiqamətində tanklarla hücuma keçmişdilər. Biz məlumat əldə etdikdən sonra düşmənin tanklarının və kəşfiyyat-diversiya qruplarının qarşısını alaraq, layiqli cavablarını verdik. Düşmən bütün silah-sursatını, hətta formalarını belə qoyub qaçmışdı. Bundan başqa, ermənilər döyüş meydanından qaçmaq istəyən əsgərlərini qaçdığı yerdə güllələyərək öldürmüşdülər. Bu, bizim Ordumuzun gücünü, qüdrətini, xalqımızın birliyini göstərdi. Düşmən başa düşdü ki, Azərbaycanın ordusu, gücü nə deməkdir. Düşmən indi də qorxu içindədir. Çünki bilir ki, Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı düşməndən mütləq azad edəcək. Mən bir məqamı sizə çatdırım.
“Düşmənin hücumu zamanı bölmələrimizdən birinin əsgəri yaralandı. Əsgər həkimə yalvarırdı ki, “nə olar məni geri, döyüşə qaytarın, mənim heç bir yaram yoxdur”. Mən həmin əsgərin alnından öpdüm və fikirləşdim ki, bizim necə qürurlu, qəhrəman əsgərlərimiz var. Düşmən bu döyüşdə ağır itkilər, yaralılar verdi. Bu, bizim ordunun uğurudur. Mən yaralanmağıma, bədənimin üzvünün bir hissəsini itirdiyimə baxmayaraq, hər zaman döyüşə getməyə hazıram. Mən bu sözləri öz döyüşçü yoldaşlarımın da adından deyirəm. Döyüşçünün istəyi nə ola bilər. İşğal altında olan torpaqlarımızı geri qaytaraq və bayrağımızı həmin yerlərdə dalğalandırmaq”, - deyə polkovnik-leytenant bildirib.
Aprel döyüşləri zamanı Azərbaycan ordusunun əsgər və zabitlərinin döyüş ruhunun çox yüksək səviyyədə olduğunu xüsusi qeyd edən E.Sadıqov deyib: “Əsgərlərimiz həqiqətən döyüşməyi əla bacarırlar. Ermənistan ordusu tərəfindən bir də belə hal təkrar olunarsa, düşmən tərəfi hücumumuza tab gətirə bilməyəcək. Çünki onların heç bir qüvvəsi qalmayıb. Əgər döyüş dayandırılmasa idi, düşmən hücumlarımıza tab gətirə bilməyəcəkdi. Ermənilərin bizimlə bağlı düşüncələrini alt-üst etdik və bizim gücümüzü, qüdrətimizi onlar əyani surətdə gördülər. Tap Qaraqoyunlu kəndi daim düşmənin hücumlarına məruz qalırdı. Həmin yüksəklikdən düşmən ərazilərimizi nəzarətdə saxlaya bilirdi. Eyni zamanda, mülki əhaliyə düşmən rahatlıq vermirdi. Biz həmin ərazini azad etdik və Talış-Madagiz istiqamətində strateji ərazilər hazırda bizim nəzarətimizdədir. Amma onlar özləri də bunu sonradan etiraf etdilər ki, biz onlardan güclüyük, Azərbaycan əsgəri həqiqətən döyüşməyi bacarır”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi