Məktəbin ibtidai siniflərində şagirdlərin vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə yoxlamalar keçirild

 Məktəbin ibtidai siniflərində şagirdlərin vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə yoxlamalar keçirildi. Məqsəd işğal olunmuş bölgələrimiz, vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın şagirdlərimiz tərəfindən daima xatırlanmasıdır. Şagirdlərimizin xalqa ,dövlətə, millətə bağlı vətəndaş kimi yetişməsi qarşımızda duran önəmli məsələdir.Məktəbimizin adını daşıyan şəhid Nəzimi Rzayev haqqında topladıqları məlumatlar, fotoşəkillər təqdim edildi. Şagirdlər Azərbaycan Respublikasının Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni haqqında məlumatları bilməli və dövlət rəmzlərinə hörmət etməyi ən müqəddəs vəzifələrdən biri sayılmalıdır. Hər bir tarixi gün haqqında ayrı - ayrılıqda sorğu keçirilib bir daha şagirdlərin yaddaşına həkk olunur.Şagirdlərimiz bilməlidirlər ki Dövlət bayrağımız Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığının , dünya Azərbaycanlılarının birliyinin , vahidliyinin, bölünməzliyinin simvoludur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi