Görkəmli şəxsiyyətləri tanıyaq ,tanıdaq

Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri vardır . Bunlardan biri də görkəmli pianoçu , caz ustası, Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam -caz musiqi janrının təməlini qoyan Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940 -cı ildə Bakıda anadan olmuşdur. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının , bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin  təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi