"Valideyinin məktəbdə bir günü "layihəsi şərçivəsində olan görüş 20 fevral 2019 -cu il tarixində məktəbdə baş tutdu

"Valideyinin məktəbdə bir günü "layihəsi şərçivəsində olan görüş 20 fevral 2019 -cu il tarixində məktəbdə baş tutdu. Layihə valideynlərin məktəb mühiti ilə yaxından tanış olma və müəllim - valideyin münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm məqsəd daşıyırdı. Tədbirlər planında qeyd edildiyi kimi tədbirin rəsmi açılış oldu. Valideynlər məktəbə daxil olduqları zaman məktəb rəhbərliyi, pedaqoji və şagird heyəti tərəfindən qarşılandı. Tar,kamançamüşayəti ilə "Qarabağ şikəstəsi " mahnısı ifa edildi və məktəb haqqında hazırlanan bukletlər paylanıldı. Məktəbimizin adını daşıyan şəhid Nəsimi Rzayev xatirəsinə hazırlanan güşə,mətəbdənkənar fəaliyyət güşəsi, kitabxana , şagirdlərin müxtəlif mövzulara aid hazırladıqları əl işləri, yeməkxana , idman zalı və meydançası , informatika otaqları, " sağlam təhsil" tədris edilən sinif otaqları ilə əyani şəkildə tanış oldular. Onlara məktəbin fəaliyyəti, tədris prossesi barədə ətraflı məlumat verildi, valideynlərin iştirakı ilə tədris prossesini izləmək üçün dərs müşahidələri keçirildi. Daha sonra Təlimə Dəstək Mərkəzinin metodisti tərəfindən valideynlər üçün seminar təşkil olundu. Valideynləri daha fəal olmağa səsləyən metodist müəllim - şagird - valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini bildirdi. Seminardan sonra şagirdlərin hazırladıqları ədəbi - bədii  kompozisiyalar - İ. Nəsiminin "sığmazam" qəzəli, musiqi nömrəsi -" Şur" muğamı, B.Vahabzadənin " Ağ saçlar" , nağara və kamançada " Şən Azərbaycan" musiqisi, C.Cabbarlının "Bayrağım" şeiri və hərbi parad nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi