25.01.2019-cu il tarixində Sabunçu RPİ-nin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatlı tədbir təşkil olunaraq həyata keçirildi.

    25.01.2019-cu il tarixində Sabunçu RPİ-nin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatlı tədbir təşkil olunaraq həyata keçirildi. Tədbirdə Sabunçu RPİ-nin YYÇPİTB-nin rəisi, polis mayoru Əli Babayev , həmin bölmənin inspektoru ,polis kapitanı Şəbnəm Ələkbərova, 13-cü PB-nın rəisi, polis polkovnik - leytenantı Nasir Babayev və həmin bölmənin baş inspektoru, polis mayoru Ramil Hüseynov iştirak etmişlər. Tədbir iştirakçıları narkotikin zərərli fəsadları, fiziki asılığı və narkomaniyaya qarşı mübarizənin son durumu barədə geniş məlumat verilmişdilər. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır. Ümumilikdə tədbir 169 nömrəli məktəbin həm müəllim, həmdə şagird kollektivi tərəfindən yüksək qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi