3 Ç sinifində Məmişova Tatyana "Puldan nece istifade etmek " movzusunda aciq ders keçirtdi.

Pul hamımız üçün qərar vermə, özümüzü idarə etmə, impulslarımıza nəzarət etmə və variantları qiymətləndirmə bacarıqlarımızla əlaqədar məlumat verən bir vasitədir. Uşaqlar üçün isə pul cibxərcliyidir. Fərqli demoqrafik xüsusiyyətlərə sahib mühitlərə bağlı olaraq çox pul xərcləyən, heç pul xərcləməyən, pul anlayışını bilən və ya gec öyrənən uşaqlar var. Bu istiqamətdə uşağa pulun nə olduğunu və necə istifadə edildiyini öyrətmək şəxsiyyətin inkişafında əhəmiyyətli rol oynayır.Psixoloqların fikrincə, uşaqlara üç-dörd yaşlarından etibarən pulun nə olduğu və nə işə yaradığı öyrədilməlidir. Psixoloq Nigar Məmmədova deyir ki, kiçik yaşlı uşaqlara pulun nə olduğunu başa salmaq üçün bazarlığa gedən zaman uşaqlara kiçik məsuliyyət yüklənilməlidir: "Məsələn, pulun qalığını ona verib, hesablamasını xahiş etmək, onun nə qədər pula ehtiyacını öyrənmək lazımdır. Əvvəl valideynlər deyirdilər ki, "uşaq nədi, pul nədi", "uşağı pula öyrətməzlər". Amma indi uşağı pula öyrətmək lazımdır ki, o, gələcəkdə çox şeyin pulla alına biləcəyini və qazanma yollarını öyrənə bilsin. Uşaqlara məktəbə gedən müəyyən məbləğdə cibxərcliyi də verilməlidir. Uşaqlara verilən cibxərcliyi onun özünə olan etibarını artırır. Qeyd edim ki, uşağa pul 11 yaşından sonra verilməlidir".İstəklərimiz sonsuz, amma büdcələrimiz limitlidir. Bəzi valideynlər bu limiti uşağa hiss etdirməmək üçün heç bir zaman pul mövzusunda danışmırlar. Bu isə uşaqların şüurunun inkişafına maneə törədir. Buna görə də uşaqlara kiçik yaşlarından pul barədə məlumat vermək lazımdır.Psixoloqun bildirdiyinə görə, uşağa pul yığmağı öyrətmək üçün bir çox üsullar var: "Məsələn, uşağın adına hesab açdırmaq olar. Həmin hesaba nizamlı pul qoyulduqca, uşağı da özünüzlə aparın, uşaq pulun artdığını izləsin. Və ya bir "pul qabı" alın, içinə hər gün müəyyən miqdarda pul atın, uşaq da bunu izləsin, daha sonra pulu qaba uşaq özü qoysun. Bu, onu daha çox yığmağa həvəsləndirəcək. Uşağa bacarıq və əməyilə pul qazanmağı öyrədin. Evdəki bəzi məsuliyyətləri həyata keçirdikdən sonra kiçik bir əvəzlə mükafatlandırın. Zibil atmaq, təmizlik işlərində yardım etmək üçün ona pul vermək lazımdır. Bu, ona həm də əməyinin qarşılığını almaq hissini aşılayacaq. Uşağınıza yaşına görə gündəlik, həftəlik, aylıq cibxərcliyi verin ki, büdcə yaratmağı öyrənsin. İş mühitinizi görməsini təmin edin. İş şərtlərinizi, əməyinizi qiymətləndirsin. Atanın, ananın, yaxınınızın yanında tətil zamanlarında çalışmasına icazə verin. Ana-ata olaraq uşağa cibxərcliyini bir yerdə verməlisiniz. Ayrı-ayrılıqda verilən pul uşağa istəklərinə asan çatmağa kömək edər. Amma hər şeyi tez bir zamanda əldə etmək uşağınız üçün zərərlidir".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi