“BİLİK GÜNÜ” QEYD OLUNUB
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində "Bilik günü"nün mütəşəkkil və səmərəli qeyd olunması, ilk dərs gününün tənzimlənməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası təhsil nazirinin 30 avqust 2018-ci il tarixli əmrinin icrasını rəhbər tutaraq 15.09.2018-ci il tarixində məktəbimizdə tədbir təşkil edilmişdir.
Tədbir Azərbaycan Respublikasının himni, məktəbin direktoru Əzimova Pərvanə Əhsən qızının, Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələrinin təbrikləri ilə başladı.
Tədbir zamanı məktəbin şagirdləri öz musiqi və rəqs nömrələri ilə müəllim, şagird, valideyn heyətini təbrik etdilər.
Tədbirin sonunda 2018-2019-cu dərs ilinin başlanması üçün ilk zəng çalındı.