“ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsi

“Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib”. Məktəbimizin şagirdləridə bu layihədə fəal iştirak etmişlər və əsgərlərimizin ruh yüksəkliyini qaldırmaq məqsədi ilə onlara məktublar yazmışdılar.