2 fevral Gənclər Günü
Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününü Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydır Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi.
1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa baaşladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki , bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual , dünyagörüşü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydır Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyi , elmin , təhsilin inkişafını , ölkəmizin siyasəti , iqtisadi yüksəlişini , gənclər olan diqqəti və qayğısı dərin ehtiram hissi ilə xatırlayır.