Zərərli vərdişlərlə bağlı (siqaret , narkotik , fast food ) seminarlar

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən tütün epidemiyası hər il 5,4 milyon insanın həyatına son qoyur.Əgər bunun qarşısı alınmazsa,2030-cu ilə qədər tütünçəkmə ildə 10 milyon insanı öldürə bilər.
Siqaret dərinin sürətlə qocalmasına səbəb olur.Mütəxəssisin sözlərinə görə,dərinin yaşlanması iki faktorla-genetik və ətraf mühitlə bağlıdır:"Genetik yaşlanma fizioloji proses olduğu üçün buna qarşı hər hansı tədbir görmək mümkün deyil.Bizim üzərində işlədiyimiz əsas məsələ ətraf mühitin təsiri faktorudur.Bura pis qidalanma,toz-torpaq təsirindən başqa siqaret çəkmək də daxildir.Siqaret dərini ən tez yaşlandıran əlavə faktordur."

    Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər. Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik “Hepatit B”dir (Hepatit B qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də “HİV" və "QİÇS” xəstəliyinə.

    Amerikadan bütün dünyaya sürətlə yayılan bir qidalanma üsulu olan “fast food” ölkəmizdə xüsusilə uşaqlar və gənclər arasında sürətlə yayılmaqdadır. İşləyən anaların günün qalan hissəsində yemək bişirmək istəmədiyi və hazır yeməklərə istiqamətləndiyi məlumdur. Bu da həm özləri, həm də uşaqları üçün xoşa gəlməyən nəticələrə yol açır. Hamburger tərzi qidalar qida dəyərlərinin aşağı, kalori dəyərinin yüksək olması, doymamış yağ turşuları ehtiva etməsi səbəbilə çox yeməyin nəticəsində müxtəlik sağlamlıq problemlərinə səbəb olur. Bunlar aşağıdakılardır: Yüksək təzyiq, Köklük, Yağlanma, Əsəbilik, Sümük əriməsi, Uşaqlarda inkişafdan qalma

    

    Müasir dövrdə qidalanmada ən böyük probləmlərdən biri və ən başlıcası fast food,yəni tez hazır olan qidalardır.

Son zamanlarda milli mətbəximizin yeməklərindən deyildə "fast food" qidalarına üstünlük verlisməsinin ən böyük səbəbləri ilk növbədə fast food qidalarının daha ucuz, rahat, tez bir zamanda hazırlanması və dırnağarası desək daha dadlı görsənmələri ilə bağlıdır.

"Fast food" qidalara hamburger, dönər, sendviç, pizza, səkərli içkilər, kartof fri, çips hətda bəzi restoranlarda satılan ziyansızdı dediyimiz ucuz başa gələn nagetslər də aiddir.
Nagetslərin hazırlanmasının çox ucuz olmasının səbəbi hazırlanarkən toyuğun döş hissəsiylə bərabər dərisindən istifadə olunmasıdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi