Zərərli vərdişlərlə bağlı təqdimat

    VII-VIII siniflərdə zərərli vərdişlərlə bağlı məlumatlandırıcı xarakterli video rolik və təqdimatların nümayişi.Sağlamlığın səviyyəsi - insanın sağlamlığının "miqdar" göstəricisidir; Bu, 1 km yolu piyada zorla gedən adamla, marafon məsafəni qət edən adamın fərqində özünü göstərir. Bu, düzgün qidalanan, fiziki cəhətdən aktiv istirahət etməyi bacaran, siqaret çəkməyən, spirtli içki və narkotik isti¬fadə etməyən adamla, əlinə düşəni yeyən, az hərəkət edən, sutkada 3 sa¬at yatan, gündə 2 qutu siqaret çəkən adamın fərqindədir. Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur. "Zərərli" ona görə ki, bu maddələrin həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyanı vardır. "Vərdiş" ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin olur. Lakin, xilas olmaq çətin olsa da , onların istifadəsindən çəkinmək o qədər də çətin deyildir. İnsanların Zərərli vərdişlərdən asılı vəziyyətə düşməyinin də bir çox səbəbləri var. - Keçirilmiş hər hansı bir stressdən, həyəcandan, yorğunluqdan sonra insanın müsbət əhval yaradan hallara ehtiyacı olur. Bir stəkan isti çay və ya bumbuz su (şəraitdən asılı olaraq), dadlı yemək, yumşaq kürsü insanı xoşhallandırır. Bu zaman insanın orqanizmində endorfinlər adlanan maddələr əmələ gəlir. Bunlara "həzz hormonları" da deyirlər. Onlar ağrını kəsir, əhvalı yüksəldir, immuniteti stimullaşdırır. Orqanizmə daxil olan spirtli içkilər və narkotik maddələr bu daxili həzz hormonlarının azad olmasına səbəb olur. Narkotik vasitələrin bəziləri öz quruluşu etibarilə orqanizmdə əmələ gələn endorfinlərə bənzəyir və daxili "həzz hormonlarına" ehtiyac qalmır. Onları yaradan mexanizm zəifləyir, sıradan çıxır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi