Coğrafi İmla - 2017 Layihəsi
2017-ci ilin 26 noyabr tarixində yerli vaxt ilə saat 12:00-da M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Baki filialında tədris binasının auditoriyasında Rusiya coğrafiyasının beynalxalq imlası keçirilmişdir.
2017 – ci ildən etibarən İmla beynəlxalq səviyyəyə qalxır. 26 noyabr 2017-ci ildən dünyanın 20-dən çox ölkəsində ( Rusiya, Azərbaycan, Türkiyə, Çernoqoriya, Argentina, Çexiya, Böyük Britaniya və s.) həmçinin, xüsusi hazırlanmış regional auditoriyalar fəaliyyət göstərəcəklər.
Yaşından, ictimai mənsubiyyətindən, təhsilindən, din və vətəndaşlığından asılı olmayaraq rus dilini bilən Rusiya və xarici ölkələrin vətandaşları İmlanın iştirakçısı ola bilər.
İmla özündə coğrafi anlayışları, terminləri, əsas qanunauyğunluqları, coğrafi obyektlərin xəritədə yerləşməsini və təcrübi bilikləri tətbiq etmək qabiliyyətini yoxlamaqdan ibarət olan 30 müxtəlif dərəcələri tapşırıqlardan ibarətdir.
Məktəbimizin şagirdləri bu imla müsabiqəsində iştirak etmişlər və diplomla təltif olunmuşlar.